Modern.az

Rusiya ABŞ-a nota verdi - Səfir XİN-ə çağırıldı

Rusiya ABŞ-a nota verdi - Səfir XİN-ə çağırıldı

Dünya

7 Mart 2024, 14:36

ABŞ-ın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi Rusiya XİN-ə çağırılıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, səfir 3 ABŞ QHT-sinin Rusiyada "arzuolunmaz" elan edildiyi barədə məlumatlandırılıb.

 

Nazirlik bildirib ki, ABŞ səfirinə bu QHT-lərə hər hansı yardımı dayandırmağı tələb edən nota təqdim edilib.

 

Bundan başqa, səfirə Rusiyanın "daxili işlərinə qarışmaq cəhdlərinin" sərt şəkildə cavablandırılacağı, o cümlədən ölkədən çıxarılacağı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat