Modern.az

2023-cü ildə 8565 miqrant həyatını itirib - ANTİREKORD

2023-cü ildə 8565 miqrant həyatını itirib - ANTİREKORD

Dünya

7 Mart 2024, 15:12

Dünyada ən çox miqrant 2023-cü ildə həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

 

Buna əsasən, ötən il dünya üzrə miqrasiya yollarında ümumilikdə 8565 nəfər dünyasını dəyişib. Bu, bir il əvvəlkindən 20 faiz çoxdur.

 

Bütün miqrant ölümlərinin təxminən yarısı boğulma, 9 faizi avtomobil qəzalarında və 7 faizi zorakılıq nəticəsində həlak olub. Ən təhlükəli miqrasiya marşrutu Aralıq dənizi olaraq qalır.

 

Bununla belə, real rəqəmlər əhəmiyyətli dərəcədə yüksək ola bilər, çünki statistikaya yalnız təsdiqlənmiş hallar daxil edilir. Məsələn, miqrantları qeyri-qanuni daşıyan gəmi gecə saatlarında sahili tərk edirsə və sonradan yoxa çıxırsa, insanların ölümləri sənədsiz olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat