Modern.az

Ermənistan Zvartnotsu müstəqil şəkildə mühafizə edə bilər - Mirzoyan

Ermənistan Zvartnotsu müstəqil şəkildə mühafizə edə bilər - Mirzoyan

Dünya

7 Mart 2024, 15:32

"Ermənistan müstəqil şəkildə Zvartnots hava limanında sərhəd mühafizəsi funksiyalarını yerinə yetirə bilər".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

 

"Rusiya Federasiyasının köməyinə ehtiyac aradan qalxıb, lakin biz göstərilən köməyə görə minnətdarıq", - o əlavə edib.

 

"Əvvəldən Rusiya sərhədçilərinin mövcudluğu Ermənistan dövlətinə dəstək olmalı idi, nə qədər ki, Ermənistana lazımdır. İndi sərhəd xidmətini müstəqil şəkildə həyata keçirmək üçün institusional imkanlar yaranıb və biz Rusiya tərəfini məlumatlandırdıq", - deyə nazir vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat