Modern.az

Gürcüstanda məmurların maaşları ARTIRILIR

Gürcüstanda məmurların maaşları ARTIRILIR

Dünya

7 Mart 2024, 16:22

Gürcüstan parlamenti dövlət məmurlarının maaşlarının artırılması ilə bağlı düzəlişlər qəbul edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, təşəbbüsü 77 deputat dəstəkləyib.

 

Qəbul edilmiş dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Hökumət üzvlərinin və deputatların maaşları müvafiq düsturla hesablanacaq: büdcə ilə müəyyən edilmiş əsas əməkhaqqı, əmsala vurulur.

 

Hazırda dövlət qulluqçusunun əsas əməkhaqqı 1330 laridir. Sıravi deputat üçün baza məbləği 7 əmsala, parlamentin spikeri üçün isə 8,5 əmsalına vurulacaq.

 

Baş nazirin əmsalı 10-dur, onun maaşı ayda 13 min 300 lari, demək olar ki, ildə 160 min lari (təxminən 60 min dollar) olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat