Modern.az

Bakıda və rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Bakıda və rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Ölkə

10 Mart 2024, 13:47

Martın 10-u saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, Şahbuz, Kəlbəcər, Şuşa, Laçın, Daşkəsən, Gədəbəy, Göygöldə qar, Naxçıvan, Şərur, Culfa, Ordubad, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Şəki, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağır.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 6, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat