Modern.az

Almaniyanın Haitidəki səfiri ölkəni tərk etdi

Almaniyanın Haitidəki səfiri ölkəni tərk etdi

Dünya

11 Mart 2024, 08:12

Almaniyanın Haitidəki səfiri Peter Sauer baş verən silahlı dəstə zorakılığı səbəbindən ölkəni tərk edərək müvəqqəti olaraq qonşu Dominikan Respublikasına köçüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Almaniyanın "DPA" agentliyi xəbər verib.

 

Məlumata əsasən, Haitidə artan kütləvi zorakılıq səbəbindən Almaniya səfiri və daimi nümayəndəsi Karib hövzəsi ölkəsini tərk edib.

 

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü DPA-ya deyib ki, diplomatlar çox gərgin təhlükəsizlik vəziyyəti səbəbindən Haitini tərk etməyə məcbur qalıblar və onlar hələlik Dominikan Respublikasından fəaliyyətlərini davam etdirəcəklər. Bildirilir ki, səfirlə birlikdə daha 11 nəfər Dominikan Respublikasına təxliyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat