Modern.az

Yeni siyasi partiyanın təqdimatı keçirilib

Yeni siyasi partiyanın təqdimatı keçirilib

Dünya

11 Mart 2024, 15:54

Gürcüstanın paytaxtı Tiflisdə Axali (gürcü dilində "yeni" mənasını verir) Partiyasının təqdimatı olub.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, təzə partiya əvvəllər Saakaşvilinin yaxın çevrəsinin bir hissəsi olan iki nəfərin komandasını birləşdirib.

 

Bunlar "Mtavari"nin qurucusu Nika Qvaramiya və VMHP-nin keçmiş lideri Nika Meliadır. Hər ikisi bütün kadr dəyişikliklərindən sonra VMHP-nin hazırkı rəhbərliyi ilə eyni yolda olmadıqlarını bildiriblər.

 

Axali Partiyası avropapərəst elan edilib, seçkilərə "4" nömrəsi ilə gedəcək, rəngləri yaşıl, narıncı və ağdır. Yeni partiyanın təsis qurultayının vaxtı yaxın müddətdə bəlli olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat