Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Səfirin XİN-ə çağırılmasına səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlar olub.
“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, - açıqlamada deyilir.