Modern.az

ABŞ İsrailə hərbi yardımı kəsə bilər, əgər... - Baydendən XƏBƏRDARLIQ

ABŞ İsrailə hərbi yardımı kəsə bilər, əgər... - Baydendən XƏBƏRDARLIQ

Dünya

12 Mart 2024, 07:59

Təl-Əvivin Qəzza zolağında quru əməliyyatını anklavın cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcəyi təqdirdə, ABŞ Prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmağı düşünə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.

 

Məlumata görə, Bayden hələ gələcək silah transferlərinin məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul etməyib, lakin İsrail yeni əməliyyata başlayarsa, o, bunu edə bilər.

 

Bununla belə, qəzetin İsrail hökumətindəki mənbələri Rəfahın işğalının qaçılmaz olmadığını bildiriblər.

 

Nəşrin qeyd etdiyi kimi, Baydenin belə bir addım atmağa hazır olması onun İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərindəki həddindən artıq gərginliyi əks etdirir. Vaşinqton administrasiyası İsrailə təsir etmək üçün müxtəlif diplomatik taktikalardan istifadə edib. Hərbi yardımın məhdudlaşdırılmasına dair addım İsraili Rəfah əməliyyatı ilə bağlı fikrini dəyişməyə məcbur etməyin başqa bir yolu ola bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat