Modern.az

İmamoğlunun "şəhər kafesi" layihəsi - 40 lirəyə doyuruq

İmamoğlunun

Dünya

12 Mart 2024, 12:24

Türkiyənin İstanbul şəhərində bir müddətdir ki, bələdiyyənin yeni layihəsinə start verilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə "Kent lokantası" ("Şəhər kafesi") adlanır.

 

Hələlik İstanbulun bir neçə nöqtəsində fəaliyyət göstərən bu kafelərdə insanlara xeyli ucuz qiymətə qidalanma təklif olunur.

 

İmamoğlu seçki vədlərində sosial layihə olan bu kafelərin İstanbulun 39 rayonunun hər birində açılacağını və ümumi sayın 39-a çatdırılacağını elan edib.

 

Əsasən aztəminatlı ailələr və yoxsul təbəqədən olan insanlar, eləcə də tələbələr, qocalar və işsizlər üçün əlverişli olan kafelərdə stabil qiymət 40 türk lirəsidir (təxminən 2.12 manat). Gündəlik olaraq dəyişən menyularda əsas yemək, şorba, salat, şirniyyat, içki və çörək təklif olunur.

 

Məsələn, bir günün menyusunda toyuq şorbası, ətli lobya, plov, qatıq, su və çörək yer alıb. Xidmətdən istifadə edən insanlar məmnunluqlarını ifadə edir: "40 lirəyə doyuruq".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat