Modern.az

“Prezident seçilsəm, dollardan imtinaya imkan verməyəcəm!” - Tramp

“Prezident seçilsəm, dollardan imtinaya imkan verməyəcəm!” - Tramp

Dünya

12 Mart 2024, 13:04

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, əgər o, yenidən dövlət başçısı  seçilərsə, ölkələrin dollardan imtina etməsinə imkan verməyəcək.

Modern.az-ın məılumatına görə, Tramp CNBC telekanalına müsahibəsində bildirib ki, ölkələrin dollardan imtinasının ABŞ üçün təsiri müharibəni uduzmaqla müqayisə oluna bilər.

“Ölkələrin dollardan imtina etməsinə nifrət edirəm. Mən ölkələrin dollardan imtina etməsinə icazə verməyəcəyəm, çünki bu standartı itirsək, bu, inqilabi müharibəni itirməyə bərabər olacaq, ölkəmizə zərbə olacaq”.

ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçirləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat