Füzuli rayonunun bütün yaşayış məntəqələrində İcra Hakimiyyətinin təşəbbüsü ilə Qurban bayramı qeyd olunub.
Füzuli rayon İcra Hakimiyyəti Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış 280 şəhid ailəsinə, İmişli rayonunda məskunlaşmış 21, Beyləqan rayonunda 21 şəhid ailəsinə bayram hədiyyələri verib.
Rayon ərazisində məskunlaşmış 370 şəhid ailəsinə də bayram münasibətilə ərzaq payları verilib. İcra Hakimiyyətindən verilən məlumata görə, Bala Bəhmənli kəndində şadlıq evində həmin kəndin ərazi nümayəndəliklərində yaşayan 200 imkansız ailə üçün bayram süfrəsi təşkil olunub.
Bundan başqa Horadiz şəhərində 200 şəhid ailəsinə, Qarabağ əlillərinə və imkansız ailələri üçün qurbanlıq heyvan kəsilərək hər birinə 2 kq olmaqla ət verilib.
Modern.az