Modern.az

Almaniya bütün \"TAURUS\" raketlərini hazır vəziyyətə gətirir

Almaniya bütün \

13 Mart 2024, 11:58

Almaniya bütün "TAURUS" raketlərini hazır vəziyyətə gətirir.

 

Modern.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti yazıb.

 

Nəşrin məlumatına görə, Almaniya hökuməti bütün "TAURUS" uzaqmənzilli qanadlı raketlərini modernləşdirmək və xidmətə qaytarmaq qərarına gəlib. Onların 600-ə yaxını arsenaldadır, lakin yalnız yarısı 2018-ci ildə aparılan texniki təkmilləşdirmələrdən sonra işlək sayılır, qalanlarının isə sertifikatlaşdırma müddəti bitib. İndi onların hamısı yoxlamadan keçəcək və ya əsaslı təmirə göndəriləcək.

 

Bütün "TAURUS"ların istismara verilməsi qərarı Berlin hökumətinə Ukraynaya silah ötürmək üçün yeni imkanlar açır. Almaniya "TAURUS" raketlərini Böyük Britaniyaya ötürə bilər ki, London da öz növbəsində Ukraynanı uzun mənzilli “Storm Shadow” raketlərinin yeni partiyası ilə təmin etsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...