Modern.az

Bakı Moskvaya NOTA hazırlayır - Polad Bülbüloğlu Orxan Zeynalovun belə saxlanılmasına etiraz etdi

Bakı Moskvaya NOTA hazırlayır - Polad Bülbüloğlu Orxan Zeynalovun belə saxlanılmasına etiraz etdi

16 Oktyabr 2013, 22:38


Azərbaycanın Rusiyadakı səfirliyi Moskva sakininin qərlində şübhəli bilinən soydaşımız Orxan Zeynalovla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə nota hazırlayır.

Modern.az saytının məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açıqlama verib. Notada konsulluq əməkdaşlarının həbs olunmuş Azərbaycan vətəndaşı ilə görüşə buraxılması tələb olunacaq. Nota 17 oktyabrda təqdim olunacaq.

“Biz qətldə şübhəli bilənən şəxsə konsulluq dəstəyinin verilməsini tələb edəcəyik. Onunla vəkilin görüşməsinə imkan yaradılmalıdır. Hər şey hüquqi müstəvidə getməlidir”-deyə P.Bülbüloğlu bildirib.

Səfir qeyd edib ki, O.Zeynalovun saxlanılması ciddi pozuntularla müşayiət olunub. Bu prosesisn KİV-də işıqlandırılmasını isə səfir “isterika” adlandırıb.

”Bu, bütün məhkəmə-prossesual kodeksin pozulmasıdır. O xarici vətəndaşdır və Zeynalova qarşı müvafiq qaydada davranılmalıdır. Onun günahkar olub-olmadığını yalnız məhkəmə deyə bilər”.

Səfir qeyd edib ki, bu, məişət zəmnində törədilmiş hadisədir və meqapolisdə belə olaylar hər gün baş verir.

“Belə hadislər olub var, olacaq. Bu hadisəni siyasi müstəviyə qaldırmaq və hansısa xalqa qarşı isterika ilə müşayiəti bumeranq xarakteri daşıya bilər”.

“Azərbaycanda da KİV fəailiyyət göstərir. Bizdə də “rus azərbaycanlını öldürdü” harayı qaldırıb xalq yürüşü təşkil etmək imkanı var. Amma biz bunu etmirik. Rusiya çoxmillətli ölkədir, belə şeylərə yol vermək olmaz”-deyə P.Büblbüloğlu vurğulayıb

Xaqani SƏFƏROĞLU  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat