Tanınmış rus telejurnalisti, Kseniya Sobçak Azərbaycan vətəndaşı Orxan Zeynalovun xüsusi təyinatlılar tərəfindən həbsi prosesini əks etdirən videoçəkilişi ələ salıb. Modern.az saytı xəbər verir ki, Sobçak bu videoçəkilişi əvvəlcədən hazırlanmış proqram kimi xarakterizə edib.
“Belə təsəvvür yaranır ki, Zeynalovun saxlanılması səhnəsini Fyodr Bondarçuk çəkib”-deyə Sobçak istehza ilə qeyd edib.
Fyodr Bondarçuk Rusiyanın tanınmış kinorejissorudur. Kəskin süjetli filmlərin müəllifidir.
Modern.az