Modern.az

Vəfa Quluzadə: “Rusiya Orxan Zeynalov məsələsində özünü biabır etdi”

Vəfa Quluzadə: “Rusiya Orxan Zeynalov məsələsində özünü biabır etdi”

17 Oktyabr 2013, 11:26

“Rusiya Orxan Zeynalov məsələsində özünü biabır etdi”. Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyada baş verən olayları şərh edərkən deyib. Onun sözlərinə görə, qətldə şübhəli bilinən Orxan Zeynalova qarşı Rusiya polisinin etdiyi vəhşilikdir. V.Quluzadə bildirib ki, kiminsə günahı məhkəmə ilə sübut olunmayıbsa, onu cinayətkar kimi qələmə vermək olmaz.

“Hətta cinayətkarı da döymək olmaz. Amma Rusiya öz vəhşiliyini nümayiş etdirdi. Digər tərəfdən hiss olunur ki, Putin rus millətçilərindən qorxur. Çünki Rusiya başçısı ölkədə heç bir qayda-qanun yarada bilməyib. Əhalinin əksəriyyəti pis vəziyyətdə yaşayır”-deyən siyasi analitik vurğulayıb ki, məhz sadalanan amillərə görə millətçilər günahı miqrantlarda görürlər.

Siyasi təhlilçi qeyd edib ki, hadisələrin səngiməməsində əsas məsuliyyət Rusiya hakimiyyətinin üzərinə düşür.

“Cinayəti bilərəkdən azərbaycanlının boynuna yıxmaq istəyirlər. Qətli çeçen tərəfindən törədildiyi deyilsə idi, çeçenlər onları doğrayardılar. Məhkəmə heç nəyi sübut etmədən, soydaşımızı daxili işlər nazirinin  yanına aparırlar. Bununla da anti-Azərbaycan əhval-ruhiyyəsini gücləndirirlər. Onlar istəyir ki, öz təqsirlərini azərbaycanlıların boynuna qoysunlar”.

Azərbaycanın Gömrük İttifaqına qoşulmayacağı təqdirdə Kremlin məlum hadisələrlə gözdağı verdiyi barədə fikirlərə V.Quluzadə qısaca olaraq belə aydınlıq gətirib: “Azərbaycan heç vaxt Gömrük İttifaqına daxil olmayacaq”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat