Modern.az

“Azərbaycan dövləti Orxan Zeynalova bütün lazımi köməkliyi göstərəcək” - XİN

“Azərbaycan dövləti Orxan Zeynalova bütün lazımi köməkliyi göstərəcək” - XİN

Təhsil

17 Oktyabr 2013, 16:07


“Azərbaycan  qətldə təqsirləndirilərək saxlanılan Orxan Zeynalovla görüş almaq üçün Rusiya tərəfi ilə danışıqlar keçirir”. Modern.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri  Elman Abdullayev deyib. O, Azərbaycanın Rusiyaya nota təqdim etdiyini təsdiqləyib.

“Notada bildirilir ki, məhkəmənin qərarına qədər saxlanılan şəxsə qarşı kobud davranış və KİV-də onun cinayətkar kimi təqdim olunması günahsızlıq prezumpsiyasına ziddir”-deyə XİN rəsmisi məlumat verib. Nazirlik rəsmisi vurğulayıb ki, bu hal çərçivəsində hüquqi əsasın tapılması vacibdir və iki ölkə arasında 1998-ci ildə qüvvəyə minmiş konsulluq konvensiyası mövcuddur.

“Azərbaycan öz vətəndaşına bütün lazımi köməkliyi göstərəcək. Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müvafiq təlimatlar verilib. Azərbaycan səfirliyi ölən Yeqor Şerbakovun ailəsinə başsağlığı da verib. Saxlanılan şəxslə görüşmək üçün sorğu ilə müraciət edilib və hazırda Rusiya tərəfi ilə danışıqlar aparılır”.   

XİN sözçüsü vurğulayıb ki,  məişət münaqişəsinin milli zəmində qarşıdurmaya  çevrilməsi yolverilməzdir.    

Aqşin Kərimov
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat