Modern.az

Seçkinin yekun protokolu təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə göndərildi

Seçkinin yekun protokolu təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə göndərildi

17 Oktyabr 2013, 16:41

Mərkəzi Seçki Komissiyası bügünkü iclasında 9 oktyabrda keçirilmiş prezident seçkilərinə yekun vurub. Modern.az  xəbər verir ki, iclasda MSK sədri Məzahir Pənahov seçkilərin yekunlarından danışıb, prosesin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Daha sonra MSK-nın seçkilərin nəticələri ilə bağlı yekun protokolunu komissiya üzvləri imzalayıb. Yalnız Ümid Partiyasının MSK-dakı nümayəndəsi  Akif Qurbanov yekun protokola imza atmayıb və sənəd təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Yekun protokolda namizədlərin qazandığı səslər aşağıdakı kimi bölüşdürülüb:

İlham Əliyev 84,54 faiz (3 126 113 səs)
Cəmil Həsənli - 5,53% (204 642 səs)
İqbal Ağazadə - 2,40% (88 723 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 702 səs)
Zahid Oruc - 1,46% (53 839 səs)
İlyas İsmayılov - 1,07% (39 722 səs)
Araz Əlizadə - 0,87% (32 069 səs)
Fərəc Quliyev - 0,86% (31 926 səs)
Hafiz Hacıyev - 0,66% (24 461 səs)
Sərdar Məmmədov - 0,61% (22 773 səs)

Ölkə qanunvericiliyinə görə, Azərbaycanda keçirilən prezident seçkilərinin yekunlarına Konstitusiya Məhkəməsi nöqtə qoyur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməli, yeni hökumət elan edilməlidir.


Aqşin Kərimov
 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat