Modern.az

Özbəkistanda 5.4 ballıq ZƏLZƏLƏ

Özbəkistanda 5.4 ballıq ZƏLZƏLƏ

22 Mart 2024, 10:24

Özbəkistanın paytaxtı Daşkənddə və bu ölkənin bir sıra digər regionlarında zəlzələ baş verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, 5,4 maqnitudada zəlzələnin episentri Tacikistanda olub: “Zəlzələnin ocağı Daşkənddən 313 km cənub-şərqdə hiss olunub”.

 

Mərkəzin məlumatına görə, yeraltı təkanlar Daşkənd və Sırdərya vilayətində 2 bal, Əndican və Namanqan vilayətlərində 2-3 bal, Fərqanə vilayətində 3 bal gücündə hiss olunub.

 

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat