Modern.az

İsrail Rəfaha nəzarəti ələ keçirəcək - Nazir

İsrail Rəfaha nəzarəti ələ keçirəcək - Nazir

22 Mart 2024, 15:03

İsrail ABŞ ilə münasibətlərini kəsmək bahasına belə olsa, Rəfaha nəzarəti ələ keçirəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer deyib.

 

O, Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusunun Rəfah şəhərinə nəzarəti ələ keçirəcəyini bildirib.

 

"Hətta İsrail təkbaşına döyüşmək məcburiyyətində qalsa belə bu baş verəcək. Hətta bütün dünya, o cümlədən ABŞ İsrailə qarşı çıxsa belə, biz qalib gələnədək döyüşəcəyik", - o deyib.

 

Dermerin sözlərinə görə, İsrail Rəfah şəhərinin HƏMAS üçün sığınacağa çevrilməsinə icazə verə bilməz.

 

"Bu, İsrailə qarşı yeni hücumlara səbəb olacaq. Biz buna yol vermək fikrində deyilik", - o deyib.

 

Qeyd edək ki, Rəfah şəhəri Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşir. Oktyabrın 7-də İsrail-HƏMAS münaqişəsi başlayandan Qəzza zolağının digər bölgələrindən əhalinin axın etməsi ilə şəhərin əhalisinin sayı 10 dəfədən çox artıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat