Modern.az

Milli Şuranın sessiyası çağırılır - AÇIQLAMA

Milli Şuranın sessiyası çağırılır - AÇIQLAMA

Təhsil

19 Oktyabr 2013, 12:19



“Milli Şura bundan sonrakı gələcək planlarını növbəti sessiyalarda müəyyən edəcək. Perspektivlər  haqqında iclaslarda qərar qəbul olunacaq”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Mehman Əliyev deyib.

  O, Milli Şuranın gələcək fəaliyyətini şərh edərkən bildirib ki, yaxın zamanlarda sessiya çağırılacaq. Milli Şura rəsmisi onu da vurğulayıb ki, bu qurum seçki kampaniyası üçün yaradılmayıb.

“Milli Şura uzun müddətə hesablanmış bir proses və hərəkatdır. Bu təşkilatın əsas vəzifəsi Azərbaycanı demokratik dövlətə çevirməkdir. Seçki prosesi isə sadəcə olaraq mübarizənin bir mərhələsi idi”-deyə M. Əliyev söyləyib.  

Komissiya sədri qeyd edib ki, Milli Şuranın formatında dəyişiklər də gözlənilsə də, struktur olaraq effektiv çalışacaqlar. Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun gələcək toplantılara qatılmasına gəlincə, M.Əliyev bildirib ki, onda hələlik bu haqda məlumat yoxdur. “Rüstəm müəllimin özünün bu haqda qərarından sonra məsələ barədə  nəsə deyə bilərik”.  

Aqşin Kərimov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat