Modern.az

Bakı BMT Təhlükəsizlik Şurasının tədbirinə ev sahibliyi edəcək

Bakı BMT Təhlükəsizlik Şurasının tədbirinə ev sahibliyi edəcək

Təhsil

19 Oktyabr 2013, 12:21

Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə oktyabrın 21-25 aralığında Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyunununa (Model United Nations Security Council) start veriləcək. Bu, 2012-2013-cü illərdə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədardır.
Modern.az-a açıqlamasında Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə BMT mütəxəssisləri tərəfindən xüsusi təlim keçiriləcək. Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat