Modern.az

İlham Əliyev inauqurasiyadan sonra ailəsilə şəhərə çıxıb

İlham Əliyev inauqurasiyadan sonra ailəsilə şəhərə çıxıb

Təhsil

19 Oktyabr 2013, 16:50


İlham Əliyev oktyabrın 19-da andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək  mərhum dövlət başçısı Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. Dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyulub.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

D
övlət başçısı və ailə üzvləri paytaxt Bakının mənzərəsini də seyr ediblər. 

Oktyabrın19-da Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Dövlət Bayrağı meydanında gediblər. Fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandan İlham Əliyevə raport verib. Azərbaycan respublikasının dövlət himni səslənib.  Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat