Modern.az

Hafiz Hacıyev Araz Əlizadəni HƏDƏLƏDİ: “Dilini farağat qoysun, yoxsa…”

Hafiz Hacıyev Araz Əlizadəni HƏDƏLƏDİ: “Dilini farağat qoysun, yoxsa…”

Təhsil

19 Oktyabr 2013, 17:24


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ASDP sədri Araz Əlizadənin onun haqqında dediklərindən qəzəblənib. Modern.az xəbər verir ki, Hafiz Hacıyev Araz Əlizadə barəsində açıqlam yayaraq onu haqqında kəskin fikirlər işlədib:

”Dünən “Gündəlik Teleqraf” qəzeti ASDP sədri Araz Əlizadədən müsahibə götürüb. Araz Əlizadə həmin müsahibədə özünün kimliyini tamamilə unudub və mənim “bostanıma daş atıb”. O, debatlar zamanı özünü çox “intizamlı “aparırdı. Seçkidən sonra tərbiyəsizləşməsinə səbəb nədir, bilmirəm. Onun dediklərini ciddiyə almasam da, cavabsız qoymağı da özümə sığışdırmıram. Mətbuat vastəsilə ona çatdırıram ki, farağat dursun!!! Yoxsa, baxmaram onun “göz yaşlarına”. Arazın seçki şüarı “ləyaqətli ana” ola bilər. Bu şüara görə mətbuatda dəfələrlə atmacalar atıldı ona. Ancaq Araz mənim hesab etdiyimdən də “gönüqalın” imiş”.

Daha sonra Hafiz Hacıyev açıqlamasında Araz Əlizadə haqqında etik çərçivəyə sığmayan ifadələr işlədib.  Ardınca isə əlavə edib:

“Onun əxlaqdan, mənəviyyatdan, şərəfdən, ləyaqətdən danışması çox gülüncdür. Hətta bu adamda əxlaqşızlıq o səviyədədir ki, “qardaşım” dediyi Zərdüş Əlizadə ilə mətbuatda bir-birlərinə nalayiq söz deməkdən belə, çəkinmirlər. Bunu mən şərəfsizliyin ZİRVƏSİ adlandırardım. Vallah, bəlkə yenə məni qınayacaqsınız ki, Hafiz Hacıyev yenə başlayıb... Ancaq Allah xətrinə, deyin görüm iki qardaşın bir-birini bu cür ittiham etməsinin başqa adı varmı??? İstəyirsiniz əxlaqsızlıq qoyaq bunun adını, istəyirsiniz tərbiyəsizlik, fərq etməz, məntiqcə eyni məna daşıyır. Bəzən Zərdüşt və Arazın döğma qardaş olduqlarına şübhə də edirəm. Fikir verəndə görürsən  ki, bunların zərrəcə oxşar cizgiləri yoxdur. Burdada adamın fikrinə alayı şeylər girir - nəhlət şeytana. Araz Əlizadə müsahibədə ailə əxlaqından dəm vurur. İki qardaş arasında olan intriqa onların necə əxlaqlı ailədə tərbiyə aldığından xəbər verir... Araz Əlizadə yaxşı olar sakit dayansın və dilini farağat qoysun. Yoxsa onun ailəsinin həyat ensiklopediyasını çıxarıb cəmiyyətə təqdim edərəm”. 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat