Modern.az

Polşa Belarusla sərhədə əlavə qoşun GÖNDƏRİR

Polşa Belarusla sərhədə əlavə qoşun GÖNDƏRİR

24 Mart 2024, 00:48

Polşa Belarusla sərhədi möhkəmləndirmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

 

"Biz Polşa ordusunun Podlaskie, Lyublin, Varmiya-Masuriya və Subkarpatdakı mövcudluğunu gücləndirəcəyik", - o bildirib.

 

Yerli mətbuat yazır ki, sözügedən ərazilər Belarus, Kalininqrad vilayəti, Litva və Ukrayna ilə həmsərhəddir.

 

Nazir çıxışında qeyd edib ki, ordunun sərhədyanı ərazilərdə daimi mövcudluğu potensial rəqiblərin qarşısını almaq məqsədi daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...