Modern.az

Nazirlik “Karvan”dakı yanğınla bağlı yeni məlumat yayıb

Nazirlik “Karvan”dakı yanğınla bağlı yeni məlumat yayıb

Təhsil

20 Oktyabr 2013, 12:18


Fövqəladə Hallar Nazirliyi 19 oktyabr 2013-cü il tarixində Sumqayıt şəhərindəki  “Karvan” ticarət mərkəzində baş vermiş yanğın barədə yeni məlumat yayıb.

Modern.az bildirir ki, nazirliyin məlumatına görə, hadisə barədə saat dünən saat 19:25-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən,  Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
”Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanmışdır. Ticarət mərkəzinin qalan hissəsi və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunmuşdur. Yanğın zamanı xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçirmiş, vətəndaşlar təhlükəsiz məsafəyə uzaqlaşdırılmışdır. Həmçinin, xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür”-deyə nazirliyin məlumatında bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat