İrlandiyanın ali təhsil, elm və innovasiya naziri Saymon Harris hakim "Fine Gael" partiyasının lideri seçilib.
Modern.az xəbər verir ki, bu barədə partiyanın iclasından sonra müəssisə, ticarət və məşğulluq naziri Saymon Koveni məlumat verib.
“Saymon Harris partiyanı irəli aparmaq üçün idealdır. Bu gün bu otaqda olan hər kəs onu 100% dəstəkləməlidir”, - Koveni deyib.
Harris liberal mühafizəkar partiyaya rəhbərlik etmək arzusunu ifadə edən yeganə namizəd olub.
Parlament Pasxa tətilindən qayıtdıqdan sonra Harris aprelin 9-da baş nazir vəzifəsini icra edəcək. Parlamentin təklifindən sonra Saymon Harris İrlandiya prezidenti Maykl Hiqqins tərəfindən hökumət başçısı vəzifəsinə təsdiq ediləcək.