Modern.az

AXCP Ali Məclisinin sədri müalicə üçün xaricə getdi

AXCP Ali Məclisinin sədri müalicə üçün xaricə getdi

Təhsil

20 Oktyabr 2013, 17:58

Bir müddət öncə səhhəti pisləşən AXCP Ali Məclisinin sədri Həsən Kərimov oktyabrın 20-də Türkiyənin İstanbul şəhərinə yola düşüb. Modern.az xəbər verir ki, AXCP mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi Həsən Kərimovun sağlamlığında yaranmış problemə çarə tapmaqdı.

Qeyd edək ki, Həsən Kərimovun səhhəti ötən ayın sonlarında pisləşdiyindən onu Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirmişdilər. O ürək ağrılarından əziyyət çəkir.

Həsən Kərimov bundan öncə də ürəyindəki ağrılarla əlaqədar dəfələrlə xəstəxanaya yerləşdirilmişdi. O, 3 dəfə infarkt keçirib.

Xatırladaq ki, 2009-cu ildə Həsən Kərimovun iki oğlu bir-birinin ardınca ürək çatışmazlığından vəfat edib. Ailənin böyük oğlu İftixar Kərimov və kiçik oğlu Rəşad Kərimovun dünyalarını dəyişməsi ataları Həsən Kərimova çox pis təsir göstərmişdi. 

Həsən Kərimovu 2011-ci ildə Mərkəzi Kliniki Xəstəxanada ürəyindəki ağrılarla əlaqədar müalicə alıb. Daha sonra İstanbulda ürəyindən əməliyyat olunub.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat