“Belə tezliklə partiya yaratmaq çətindir”. Bunu Modern.az saytına açıqlamasında REAL hərəkatının məclis sədri Erkin Qədirli təşkilatın bazasında yeni siyasi partiya yaradılması ilə bağlı perspektivi şərh edərkən deyib. O bildirib ki, hərəkatın sədri İlqar Məmmədovun həbsdə olması və qanunvericiliyin tələbləri prosesi müəyyən qədər yubadır.
“Ona görə də bizdən asılı olmayan səbəblərdən REAL-ın partiyaya çevrilməsini tezləşdirə bilmirik”-deyən qurum rəsmisi onu da qeyd edib ki, məsələ ilə bağlı işlər gedir. Onun sözlərinə görə artıq sənədlər hazırlanır və proses yekunlaşandan sonra mətbuata geniş açıqlama veriləcək.
Aqşin Kərimov