
Açıq Cəmiyyət Partiyasının (ACP)-nin dağılması ilə bağlı xəbərlər yayılır. ACP lideri, hazırda mühacirətdə olan eks-spiker Rəsul Quliyev partiyadan istefa verdiyi haqqında qərarını açıqlayıb. Siyasi ekspertlər bundan sonra ACP sədri Sülhəddin Əkbərin də rəhbərlikdən getməsini proqnozlaşdırırlar. Maraqlıdır bir zamanlar İsa Qəmbərin müavini vəzifəsini icra etmiş S. Əkbər yenidən Müsavat sıralarına qoşulmaq üçün müraciət etsə, bu məsələ partiya tərəfindən necə qarşılanar? Bu barədə
Modern.az-a danışan Müsavat başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu bildirib ki, S.Əkbər belə bir addım atsa, Müsavat Partiyasında müzakirə olunacaq. “Partiyaya edilən hər bir müraciət müzakirəyə çıxarılır. Ancaq nəticələri barədə əvvəlcədən nəsə demək tezdir”.
Qeyd edək ki, 1995-ci ildən Müsavat başqanının siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən S. Əkbər 2010-cu ildə partiya sıralarını tərk edib.
Aqşin Kərimov