Modern.az

Gülər Əhmədova Barak Obamaya şikayət edəcək

Gülər Əhmədova Barak Obamaya şikayət edəcək

Təhsil

21 Oktyabr 2013, 13:29


Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edən eks-deputat Gülər Əhmədova ABŞ prezidentinə müraciət edəcəyini dilə gətirib. Modern.az xəbər verir ki, prosesdə çıxış edən Gülər Əhmədova onun cinayətkar kimi elan olunmasını hüquqlarının pozulması kimi qiymətləndirib. O, hüquqlarının nəinki Azərbaycanda, qlobal formada pozulduğunu deyib. “ABŞ Dövlət Departamenti hesabatlarında məni cinayətkar kimi təqdim edir. Mən ABŞ səfirini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu bu məhkəməyə çağırıram”.
Sabiq millət vəkili onun məhkəmə qərarı olmadan cinayətkar kimi təqdim olunmasını özünün və ailəsinin nüfuzuna xələl gətirdiyini deyib. “Mənim bu cür təqdim olunmağım təkcə mənim yox, eləcə də ailəmin və ABŞ-da oxuyan oğlumun taleyinə mənfi təsir edir. Mən ABŞ prezidentinə yazacağam. Mən terrorçu deyiləm. 11 sentyabr cinayəti kimi dövlətlərarası münasibətlərə təsir edən cinayət törətməmişəm.
Prezident seçkiləri ərəfəsində Cəmil Həsənli nə haqla məni mandat alverində ittiham edir? Sənə kimsə mandat satıb? Mən Cəmil Həsənli kimi arvad dalınca danışmıram. Öz mandatımı kişi kimi ortaya qoydum. Uzun illər Elşad Abdullayevin yanında çalışan adam mənə demokratiya dərsi keçməsin. Həbsdə olan qadının dalınca danışmaq elə də böyük cəsarət, kişilik tələb etmir. Mənim köməksiz vəziyyətimdən istifadə edərək özünə siyasi xal qazanan Cəmil Həsənli, ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun məhkəməyə gəlməsini tələb edirəm”, – deyə Gülər Əhmədova bildirib.

Gültəkin Ələsgər

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat