Modern.az

Hökumət Evinin qarşısındakı pullu dayanacaq yenidən istismara verildi

Hökumət Evinin qarşısındakı pullu dayanacaq yenidən istismara verildi

Təhsil

21 Oktyabr 2013, 13:47

Bakının Neftçilər prospektində, Hökumət Evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı yenidən istifadəyə verilib. Bu ilin oktyabrında açılışı edilən yeraltı avtomobil dayanacağında problem yarandığından istismarı dayandırılmışdı. İki minə yaxın avtomobil tutumuna malik olan dayanacaq yeni istifadəyə verilsə də, onun istismarına məhdudiyyət qoyulmuşdu.

Modern.az xəbər verir ki, yeraltı dayanacaqda yaranan problem iki gündür ki, aradan qaldırılıb.

Qeyd edək ki, iki minə yaxın avtomobil tutumuna malik olan dayanacaq demək olar ki, ən müasir texnologiya ilə təmin edilib. Dayanacağa daxil olan avtomobilin ilk öncə müşahidə kameralarının köməyi ilə dövlət nömrə nişanı qeydiyyata alınır ki, bu da təhlükəsizlik baxımından çox önəmlidir. Burda avtomobil saxlamaq istəyən sürücülər dayanacaqda yerləşdirilən post terminallara ödəniş edərək xususi kart əldə edir.
Yeraltı dayanacaqda 2 saata qədər avtomobil saxlamaq üçün 1 manat, 5 saata qədər 2 manat, 12 saata qədər 3 manat və 24 saata qədər 6 manat ödəmək lazımdır.

Gültəkin ƏLƏSGƏR

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat