Modern.az

Cəmil Həsənli Milli Şura üzvlərinə xəbərdarlıq etdi

Cəmil Həsənli Milli Şura üzvlərinə xəbərdarlıq etdi

Təhsil

21 Oktyabr 2013, 14:04


“İstefalara baxmayaraq, Milli Şura gələcəkdə də uğurlu fəaliyyətini davam etdirməlidir”. Modern.az xəbər verir ki, bunu Milli Şuranın namizədi Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda real müxalifətin əsas məsuliyyəti Milli Şuranın üzərinə düşür. C. Həsənli son günlər qurumda baş verən istefalara münasibət bildirərkən qeyd edib ki, kimlərisə Milli Şurada zorla saxlamaq niyyətində deyillər. Onun sözlərinə görə, Şuradan getmək istəyənlərə hörmətlə yanaşılacaq.
“Eyni zamanda kim özünü doğrultmasa, Milli Şuraya zərbə vurursa, həmin adamlar Milli Şuradan uzaqlaşdırılacaq”. Milli Şuranın prezidentliyə vahid namizədi əlavə edib ki, oktyabrın 24-də qurumun növbəti sessiyası keçiriləcək.  

Aqşin Kərimov
 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat