Modern.az

“Fərhad və Rafiq Əliyev qardaşları mediaya yaxın gəlmirlər”

“Fərhad və Rafiq Əliyev qardaşları mediaya yaxın gəlmirlər”

Təhsil

21 Oktyabr 2013, 14:30


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və “Azpetrol” LTD-nin eks-rəhbəri Rafiq Əliyevin əfvindən sonra nə Əliyev qardaşlarının Müdafiə Komitəsinin sədri Cəmil Həsənli, nə vəkilləri onlarla görüşüb. “Mən də bu sıradayam”. Bunu Modern.az-a Fərhad və Rafiq Əliyev qardaşlarının Müdafiə Komitəsinin mətbuat xidmətinin rəhbəri, jurnalist Aygün Muradxanlı deyib. O, bildirib ki, Əliyev qardaşları ilə görüşmək üçün Cəlilabadın Alar kəndinə getmək istəsə də, onların Bakıya qayıtdığını eşitdikdən sonra niyyətindən vaz keçib.
“Görüş alınmadı. Çalışıram görüşüm, ancaq hələlik heç bir nəticə yoxdur”.

Aygün Muradxanlı sabiq nazirin və “Azpetrol”un keçmiş rəhbərinin mətbuatdan qaçdığını bildirib. “Əliyev qardaşları mediaya yaxın gəlmirlər”.

Gültəkin ƏLƏSGƏR 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat