Modern.az

Şəxsiyyət vəsiqəsinə etibarlılıq müddəti yazılacaq

Şəxsiyyət vəsiqəsinə etibarlılıq müddəti yazılacaq

Reportaj

29 Aprel 2010, 12:44

Milli Məclisin komitəsində məsələ müzakirə olunub

Azərbaycanda şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində islahatlara 2001-ci ilin sentyabrından başlanılıb. Daxili İşlər Nazirliyi 16 yaşına çatan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin edir.
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanuna görə, 16 yaşına çatmış vətəndaş ilk dəfə şəxsiyyət vəsiqəsi aldıqdan sonra bu sənədi bir neçə dəfə dəyişdirməlidir. Belə ki, hər bir vətəndaş 25, 35, 50 yaşlarına çatdıqda, bundan başqa onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Lakin müşahidələr göstərir ki, şəxsiyyət vəsiqəsinə malik vətəndaşların əksəriyyəti müvafiq yaşa çatdıqda, ailə vəziyyəti dəyişdikdə sözügedən sənədi dəyişdirmək üçün könüllü surətdə daxili işlər orqanlarına müraciət etmir. Onlar yalnız hansısa bir məsələ ilə əlaqədar rəsmi qurumlara müraciət etdikidə məlum olur ki, şəxsiyyəti təsdiq edən sənid yaşa görə dəyişməlidir.

Modern.az xəbər verir ki, aprelin 29-da Milli Məclisin Soasial siyasət komitəsinin iclasında iştirak edən Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov şəxsiyyət vəsiqələrinin vaxtında dəyişdirilməməsini ciddi problem adlandırıb. Bunu nəzərə alan İ.Məmmədov təklif edib ki, şəxsiyyət vəsiqəsinin üzərtinə bu sənədin istifadə müddəti yazılmalıdır ki, vətəndaş həmin müddət başa çatandan sonra onu dəyişdirməyə məcbur olsun.
Müzakirələrdə iştirak edən deputtalar təklifi bəyəniblər. Məsələnin Milli Məclisin də müzakirəsinə çıxarılacağı gözlənilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir