Modern.az

Pedaqoji Universitetinin tələbələri etiraz aksiyası keçirib

Pedaqoji Universitetinin tələbələri etiraz aksiyası keçirib

Təhsil

21 Oktyabr 2013, 15:02


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ali məktəbin həyətində etiraz aksiyası keçiriblər.

APA-nın verdiyi məlumata görə, xeyli sayda tələbə  semestr imtahanlarının yazılı aparılmasına etiraz edirlər. Onlar imtahanların test üsulu ilə keçirilməsini istəyirlər. 

ADPU-nun tədris işləri üzrə prorektoru Malik Cəbrayılov deyib ki, rektor Yusif Məmmədov akt zalında tələbləri şikayətlərini dinləmək üçün gözləsə də, aksiyaçıların yalnız bir qismi onunla görüşə gedib, böyük əksəriyyət isə aksiyanı davam etdirir. 

Rektor aksiyaçıların tələblərini dinləmək üçün onların qarşısına çıxıb. Tələbələrin qarşısında çıxış edən rektor Yusif Məmmədov hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını deyib. Bununla bağlı qərarın Təhsil Nazirliyi tərəfindən veriləcəyini deyən rektor əlavə edib ki, sabahdan başlayaraq tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq: “Məqsədimiz odur ki, imtahanlar şəffaf keçirilsin”. 

Bundan sonra aksiya yekunlaşıb.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat