Modern.az

“Qarabağa sülhməramlılar göndərilməyəcək” - Nikolay Bordyuja

“Qarabağa sülhməramlılar göndərilməyəcək” - Nikolay Bordyuja

Təhsil

21 Oktyabr 2013, 15:07

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşısında öz sülhməramlı qüvvələrini Dağlıq Qarabağ və ya Dnestryanı münaqişə zonalarına yeritmək vəzifəsi heç vaxt dayanmayıb”.
Modern.az
erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu KTMT baş katibi Nikolay Bordyuja deyib. O bildirib ki, KTMT sülhməramlılarının hansısa qaynar nöqtəyə və ya “dondurulmuş” münaqişənin olduğu əraziyə yeridilməsi vəzifəsi onların qarşısında heç vaxt qoyulmayıb.

N. Bordyuja qeyd edib ki, KTMT sülhməramlı qüvvələri bir neçə il əvvəl yaradılıb və hazırda birgə döyüş hazırlığı dövrünü keçirir: “Dnestryanı ərazidə artıq Rusiya sülhməramlıları var və onlar kifayət qədər uğurla öz vəzifələrini yerinə yetirirlər. Qarabağa gəldikdə isə, orada xüsusi status var və qərarların qəbulu yalnız iki dövlətin razılığı ilə mümkündür”. Təşkilat rəsmisi onu da əlavə edib ki, KTMT-ya üzv ölkələr hərbi əməkdaşlığı imzalanan qarşılıqlı müqavilələrə əsasən həyata keçirir.

Aqşin Kərimov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat