Modern.az

Əhliman Əmiraslanov: “Tibbi təhsildə islahatlar aparılıb” - FOTOLAR

Əhliman Əmiraslanov: “Tibbi təhsildə islahatlar aparılıb” - FOTOLAR

Təhsil

21 Oktyabr 2013, 15:45

Bu gün Azərbaycan Tibb Universitetində “Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.  Konfransda ATU rektoru Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin

nümayəndələri, həmçinin İtaliya, İspaniya, Niderlanda, Gürcüstan, Rusiya, Ukrayna və digər dövlətlərin tibb universitetlərinin təmsilçiləri iştirak ediblər.  

Akademik Əhliman Əmiraslanov açılış nitqində tədbirin vacib tibbi faktorlardan birinə həsr olunduğunu bildirdi. Rektorun sözlərinə görə, konfransın davam edəcəyi 3 gün ərzində tanınmış Avropa universitetlərinin nümayəndələri ilə təcrübə mübadiləsi aparılacaq: “Tibb Universiteti olaraq daim TEMPUS proqramı və ali təhsil sahəsində digər əməkdaşlıq layihələri çərçivəsində belə beynəlxalq konfransların təşkilinə dəstək göstərmişik. Bu tibb təhsilinin dünyada əldə etdiyi nailiyyətlərdən yararlanmağımıza təkan verir. Həmçinin, indiyə kimi universitetimizin təmsilçiləri Böyük Britaniya, Almaniya, Danimarka və digər nüfuzlu universitetlərində olublar, xarici ölkələrdə təhsil sistemi ilə tanış olublar. Son illər ölkəmizdə də tibb sahəsində bir sıra yeniliklər edilib. Diploma qədər və diplomdan sonrakı təhsildə islahatlar aparılıb. Bütün bunlar isə elmin inkişafına xidmət edir”. 

Daha sonra çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Tamilla Əliyeva hazırda ölkəmizdə Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq tədris həyata keçirildiyini bildirib: “Xarici ölkələrin əldə etdiyi nailiyyətlər Azərbaycan tibb təhsilində də tətbiq edilir. Bundan başqa, son üç ildə tibb sahəsində 350-dən çox tələbə xaricdə təhsilə göndərilib. Bu da tibbin inkişafına xüsusi təkan verən addımlardan hesab edilə bilər”.

TEMPUS layihəsinin Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov bu layihənin Azərbaycanda icrası haqqında danışdı. Onun dediyinə görə, son 18 ildə  TEMPUS proqramı üzrə 46 layihə Avropa Komissiyası tərəfindən qəbul edilib və onların hər birinin dəyəri 900 min-1 milyon avro civarındadır: "2000-ci ildən isə TEMPUS layihəsi Tibb Universitetində də tətbiq edilir. Bu layihə çərçivəsində bir sıra işlər görülüb”.   Dosent Nəsimi Qasımov ATU-da tibb təhsili sistemi, bu sahədəki yeniliklər haqqında konfrans iştirakçılarına məlumat verdi. Bundan əlavə, toplantıda Böyük Britaniyanın Leeds Tibb Təhsili Universitetindən Dr Anne-Marie Reid və Dr Riçard Fuller “Kurrikulum inteqrasiyası” mövzusunda çıxış ediblər.   Konfrans işini sabah davam etdirəcək.

Ə.Əmiraslanov konfransın işinə uğurlar arzuladı və bu tədbirdən sonra yeni layihələrin ortaya çıxacağından əminliyini bildirdi.  

Təhsil Nazirliyinin nümayəndəsi Tamilla Əliyeva “Tibb təhsilində islahatlar” layihəsi ilə bağlı ətraflı məlumat verdi. Onun sözlərinə görə, hazırda ölkəmizdə Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq tədris həyata keçirilir: “Xarici ölkələrin əldə etdiyi nailiyyətlər Azərbaycan tibb təhsilində də tətbiq edilir. Bundan başqa, son üç ildə tibb sahəsində 350-dən çox tələbə xaricdə təhsilə göndərilib”.
Nazirlik rəsmisi 2014-cü ilin əvvəlindən  etibarən Azərbaycanda həmçinin ERASMUS Mundus layihəsi üzrə fəaliyyətə start veriləcəyini xatırlatdı. 2014-2020-ci illəri əhatə edəcək bu layihənin büdcəsi 9 milyarda avro təşkil edəcək .






Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat