Modern.az

“Azəriqaz”ın 57 işçisinə xəbərdarlıq olunub

“Azəriqaz”ın 57 işçisinə xəbərdarlıq olunub

Təhsil

21 Oktyabr 2013, 16:17

Dünya praktikasında geniş yayılmış kart sisteminin ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində tətbiqindən sonra əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halları ilə mübarizə daha da güclənib.

“Azəriqaz”ın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sözügedən sistemin tətbiqindən keçən 6 ay ərzində vəzifə və peşə təlimatlarının əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair tələblərini lazımınca yerinə yetirməmiş və tapşırıqların həyata keçirilməsi zamanı pozuntulara yol vermiş 57 işçiyə xəbərdarlıq kartı verilib.

”Kart sisteminin tətbiqi əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunması və icra intizamının möhkəmləndirilməsinə müsbət təsir göstərmişdir. Sistemin tətbiqindən keçən dövrdə xüsusi təhlükəli işlərin icrasını yüksək keyfiyyətlə və təhlükəsizlik qaydalarının tələblərinə maksimum riayət etməklə icra etmiş 12 işçiyə fərqlənmə kartları təqdim olunmuşdur”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat