Modern.az

Bələdiyyə sədri seçilən DEPUTATLAR

Bələdiyyə sədri seçilən DEPUTATLAR

Dünya

2 Aprel 2024, 09:48

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdə İYİ Partiyadan 7, CHP və Səadət Partiyasından 5, AKP-dən 4, DEVA Partiyası, DEM Partiya və Türkiyə Fəhlə Partiyasından (TİP) 1 nəfər, HÜDAPAR-dan 2 nəfər olmaqla cəmi 26 deputat bələdiyyə sədrliyinə namizəd kimi iştirak edib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, səslərin 100 faizə yaxının hesablanmasından sonra ortaya çıxan qeyri-rəsmi nəticələrə görə, CHP-nin irəli sürdüyü 5 deputatdan 4-ü bələdiyyə sədri seçilib.

 

Bununla da CHP-nin deputatlarının sayı 125-ə enəcək.

 

Parlamentdəki CHP fraksiyasının sədr müavini və Afyonkarahisarın deputatı Burcu Köksal Afyonkarahisar, Adıyamanı təmsil edən parlamentari Abdurrahman Tutdere Adıyaman, Kastamonunun qanunvericisi Hasan Baltacı Kastamonu və Kırıkkalenin deputatı Ahmet Önal Kırıkkaledə bələdiyyə sədri seçilib.

 

 

Seçki yarışında iştirak edən müxtəlif partiyaların deputatları - yerdə qalan 22 nəfər isə qalib gələ bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?