Modern.az

ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə GEDİB

ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə GEDİB

Dünya

11 Aprel 2024, 14:34

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla İsrailə səfər edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Maykl Kurillanın İranın hücumu təhlükəsini müzakirə etmək üçün İsrailin müdafiə naziri Yoav Qallant və digər rəsmilərlə məsləhətləşmələr aparacağı gözlənilir.


Qeyd edək ki, aprelin 1-də İsrailin Suriyadakı İran Konsulluğunu vurmasından sonra Tehran tərəfindən cavab hücumu ehtimalı ilə əlaqədar ABŞ və İsrail rəsmiləri son bir neçə gün ərzində müxtəlif səviyyələrdə təmasdadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?