Modern.az

Qubada torpaq sürüşməsi 29 evi zədələyib

Qubada torpaq sürüşməsi 29 evi zədələyib

Ölkə

30 Aprel 2010, 17:14

Quba rayonu, Güləzi kəndində torpaq sürüşməsinə meyilli sahələrdə sürüşmə prosesi fəallaşıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, torpaq sürüşməsi təxminən 100-110 hektar ərazini əhatə edib. Nəticədə sürüşmənin hərəkət istiqamətində müxtəlif çatlar əmələ gəlib, kəndin girəcəyində avtomobil yolu 150 m uzunluqda tamamilə dağılıb, həmin kəndin yuxarı hissəsində yerləşən iki kəndlə nəqliyyat əlaqəsi kəsilib. Bundan başqa, sürüşmə zonasında yerləşən 29 fərdi ev zədələnib. Həmin evlərin sakinləri təhlükəli hesab edilən ərazidən köçürülüblər. Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin mütəxəssisləri hadisə yerinə baxış keçirib. Yaranmış vəziyyətlə əlaqədar olaraq aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. st1:*{behavior:url(#ieooui) }   Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!