Modern.az

Ermənistanda diplomsuz müəllimlər ali təhsil almalı olacaq - Ya da işsiz qalacaqlar

Ermənistanda diplomsuz müəllimlər ali təhsil almalı olacaq - Ya da işsiz qalacaqlar

Dünya

2 May 2024, 12:54

Ermənistanda ali təhsili olmayan müəllimlərə universitet təhsili üçün vəsait veriləcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, oxumaqdan imtina edənlər işdən çıxarılacaqlar.

 

Hökumət diplom almaq istəyənlərin təhsil haqlarının ödənilməsi, attestasiyadan keçmək istəyənlər üçün isə yenidənhazırlanma kurslarının təşkili barədə qərar qəbul edib.

 

Ölkə qanunvericiliyinə görə, bütün müəllimlər ali təhsilli olmalıdır. Onun icrası bir neçə dəfə ləngiyib. Yeni qərara əsasən, 3 ay ərzində diplomu olmayan müəllimlər (təxminən min nəfər) ya ali məktəbə daxil olmalı, ya da attestasiyadan keçməlidirlər.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir