Modern.az

Rusiyada qatara PUA hücumu - Vaqonlar relsdən çıxdı

Rusiyada qatara PUA hücumu - Vaqonlar relsdən çıxdı

Dünya

14 May 2024, 09:36

Rusiyanın Volqoqrad vilayətində yük qatarı relsdən çıxıb.

 

Modern.az Xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

 

Məlumata əsasən, qatarın relsdən çıxmasına səbəb pilotsuz uçuş aparatının (PUA) hücumu olub. Nəticədə yanacaqla dolu iki sistern alışıb, sonra biri partlayıb. Yanacağın dağılması nəticəsində yanğın baş verib.

 

Ümumilikdə doqquz vaqonun relsdən çıxdığı vurğulanıb. Hazırda hadisə yerində yanğınsöndürənlər fəaliyyət göstərir.

 

Zərərçəkənlərin olmadığı qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat