Modern.az

Fransa Ukraynaya yeni raket partiyası YOLLAYACAQ

Fransa Ukraynaya yeni raket partiyası YOLLAYACAQ

15 May 2024, 14:38

Fransa Ukraynaya SAMP-T hava hücumundan müdafiə sistemi üçün "Aster" raketlərinin yeni partiyasını göndərəcək.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Sebastyan Lekornu bildirib.

 

"Mən İtaliyalı tərəfdaşlarımızla birlikdə təhvil verdiyimiz SAMP-T orta mənzilli hava hücumundan müdafiə sisteminin fəaliyyətini davam etdirməyə imkan verəcək "Aster" raketlərinin ikinci partiyası üçün sənədlər imzaladım", - "Le Monde" nazirin sözlərindən sitat gətirir.

 

Nazir vurğulayıb ki, bu, Ukraynaya hücum edən Rusiya raketlərinin qarşısını alaraq sistemin fəaliyyətini davam etdirməyə imkan verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...