Modern.az

Rusiyada 14 yaşlı azərbaycanlını döyən şəxs saxlanılıb

Rusiyada 14 yaşlı azərbaycanlını döyən şəxs saxlanılıb

Təhsil

5 Noyabr 2013, 21:14

Moskva  vilayətinin Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlı Rövşən Kazımovu vəhşicəsinə döyən şəxs saxlanılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi  Eldar Səmədov APA-ya onun 20 yaşlı Mixail  Lısakov olduğunu və barəsində cinayət işi qaldırıldığını bildirib.

İnsident noyabrın 1-də  12 saylı sərnişin  avtobusunda baş verib.Nəticədə 14 yaşlı əlil Rövşən Kazımov vəhşicəsinə döyülərək xəstəxanaya düşüb.Həkimlər ona kəllə-beyin və göz travması diaqnozu qoyublar.

Azərbaycanın Rusiyadakı səfirliyi və Daxili İşlər Nazirliyi məsələni diqqətdə saxlayır.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə