Modern.az

Rusiya qüvvələrinin Xarkovda ən dərin irəliləməsi 10 kilometrdir - ZELENSKİ

Rusiya qüvvələrinin Xarkovda ən dərin irəliləməsi 10 kilometrdir - ZELENSKİ

Dünya

17 May 2024, 11:28

Rusiya qüvvələrinin Xarkov vilayətində ən dərin irəliləmə nöqtəsi 10 km-dir.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski danışıb.

 

Jurnalistlərlə görüşündə dövlət başçısı qeyd edib ki, indi Xarkov vilayətində Ukrayna qoşunları Rusiya qüvvələrini indi olduqları yerdə sabitləşdirə biliblər. Digər ərazilər də ayrı-ayrı batalyonlarla gücləndirilib.

 

Prezident əlavə edib ki, Rusiya qüvvələrinin sərhədi keçməsi hava hücumundan müdafiə sisteminin olmaması ilə bağlıdır: 

 

"Onların məqsədi Volçanskdır, lakin düşmən konkret deyil, ilk müdafiə xəttinə çatıb. Birinci və ikinci xətti hərbçilər, 3-cü xətti isə yerli hökumət tikir. Silahlardan, mərmilərdən və düşmən gülləsindən daha uzaq olduğu üçün 3-cü ən güclüdür".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat