Modern.az

Güllələnən Baş nazirin vəziyyəti yaxşılaşır

Güllələnən Baş nazirin vəziyyəti yaxşılaşır

Dünya

20 May 2024, 14:18

Slovakiyanın sui-qəsd nəticəsində yaralanan baş naziri Robert Fitsonun səhhətində irəliləyiş müşahidə edilir.

 

Modern.az xəbər verir ki, bu barədə onun müalicə olunduğu “Roosevelt Hospital” tibb mərkəzi məlumat yayıb.

 

 

Qeyd olunur ki, hökumət başçısı ətrafındakılarla sərbəst şəkildə ünsiyyət saxlaya bilir.

 

Xatırladaq ki, mayın 15-də Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?