Modern.az

Rövşanə Bektaşi öz verilişinə ekspertləri necə seçir?

Rövşanə Bektaşi öz verilişinə ekspertləri necə seçir?

8 Noyabr 2013, 12:41


“Ekspertləri mövzuya uyğun dəvət edirəm və düşünürəm ki, daha maraqlı, daha diqqətçəkici danışan qonaqlar olmalıdır. Birmənalı olaraq temperamentli qonaqlar olmalıdır. Əsas meyar budur”. Bunu Modern.az-a ANS-in proqram aparıcısı Rövşanə Bektaşi deyib.

Televerilişlərə çox vaxt mövzuyla heç bir əlaqəsi olmayan ekspertlərin dəvət olunduğunu irad tutan tamaşaçılara R. Bektaşinin münasibəti belədir:

“Ekspert bu problemi yaşamış insan ola bilər, yaxud qalmaqalda ad çıxarmış bir insan ola bilər. Əlbəttə, 2 saat ərzində mövzunu tam açmaq çətindir. Amma hər halda düşünürəm ki, qonaqlarımın mövqeyi məni qane edir. Təbii ki, elə qonaqlar var ki, onların mövqeyi məni birmənalı olaraq qane etmir. Mən aparıcı olaraq neytrallığımı pozur və öz mövqeyimi də ortaya qoyuram”.

“Xəzər” TV-də çalışan, “Ay Zaur” verilişinin aparıcısı Zaur Kamal isə bu mövzuda danışmaq istəmədi: “Digər kanallarda verilişləri izləmirəm. Başımız öz efirimizə o qədər qarışır ki, kənardan xəbərimiz olmur”.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?