Modern.az

AzTV-nin diktoru, əməkdar artist vəfat edib

AzTV-nin diktoru, əməkdar artist vəfat edib

9 Noyabr 2013, 14:05

Azərbaycan Dövlət Televiziyası və Radiosunda çalışmış diktor Rəna Məmədova noyabrın 9-na keçən gecə vəfat edib. Bu barədə Modern.az saytına “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı məlumat verib. Onun sözlərinə görə 74 yaşlı keçmiş diktor xəstə yatırmış.

Rəna Məmmədova 50 ilə yaxın müddətdə Azərbaycan Dövlət Televiziyası və Radiosunda diktor işləyib. 2006-cı il noyabrın 4-də Prezidentin sərəncamı ilə ona “Əməkdar artist” fəxri adı verilib.
Mərhumun cənazəsi bu gün günorta Təzəpir məscidindən qaldırılıb və Novxanı qəbiristanlığında dəfn olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?